Finlandiya Rusiya dövlət nömrə nişanlı avtomobillər üçün sərhədlərini bağlaya bilər.
Qaziler.az xəbər verir ki, bunu Finlandiyanın YLE yayım korporasiyası xəbər verib. Müvafiq bəyanatla sentyabrın 15-də ölkənin xarici işlər naziri Elina Valtonen çıxış edə bilər.
Helsinki bununla da Rusiya ilə bağlı Avropa Birliyinin ümumi mövqeyini dəstəkləmək niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl oxşar qadağa Estoniya, Latviya və Litvada da tətbiq edilib. Baltikyanı ölkələrdə olduğu kimi, Finlandiyada da doqquz və daha az sərnişin üçün nəzərdə tutulmuş avtomobillərə şamil ediləcək.
QAZİLER.AZ