“Rusiya, Belarus və KXDR ilə “üçlük” əməkdaşlıq haqqında düşünə bilər”.
Qaziler.az “nyus.ru”ya istinadla bildirir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşərkən deyib.
Lukaşenko mövcud problemləri nəzərə alaraq, Belarusun KXDR ilə münasibətlərdə görməli bir işinin olduğunu vurğulayıb:
“Sizin çətin iş günlərinizi diqqətlə izlədim. Sizi və Kim Çen Inı Vostoçnı kosmodromunda görmək çox xoş idi. Çünki özüm də sizinlə əvvəllər bu kosmodromda olmuşuq. Düşünürəm ki, üçümüz arasında əməkdaşlıq haqqında düşünə bilərik Bilirəm ki, Şimali Koreyanın Rusiya ilə əməkdaşlığa böyük marağı var. Fikirləşirəm, Belarus üçün də bəzi problemlərin həllində kiçk işlər görmək üçün yer olar. ”, - Lukaşenko bildirib.
QAZİLER.AZ