Sankt-Peterburq sakinləri şəhərin bəzi ərazilərində dəbdəbəli daşınmaz əmlakın satışı ilə bağlı elanların Çin dilində göründüyünü bildiriblər.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Sankt-Peterburqda MK” nəşrində yazı dərc olunub.
Yazıda qeyd olunub ki, yerli sakinlərdən biri Voskresenskaya sahilində yaşayış binasının pəncərəsində Çin heroqlifləri olan qeyri-adi plakat görüb.
Nəşr bildirib ki, bu, şəhərin daşınmaz əmlak bazarında yenilikdir. Əvvəllər mənzil satıcıları pəncərələrdə SALE yazısı və telefon nömrəsi olan lövhələr qoyaraq ingilis dilinə üstünlük verirdilər. Lakin indi elanlara Çin dilində rast gəlinir.
“Bundan əvvəl bəzi restoran və mağazalarda, xüsusən Sank-Peterburqun tarixi yerlərində Çin yazılarına tez-tez rast gəlinirdi. İndi isə daşınmaz əmlakın satışı və icarəsi sahəsində “Şərqə dönüş” baş verib”, - nəşr qeyd edib.
QAZİLER.AZ