ABŞ-a raket hissələri keçirən Rusiya vətəndaşı həbs olunub

ABŞ-a raket hissələri keçirən Rusiya vətəndaşı həbs olunub backend

Rusiyada məhkəmə ABŞ xüsusi xidmət orqanlarının tələbi ilə ABŞ-a raket hissələri göndərən Rusiya vətəndaşını “dövlətə xəyanət”də təqsirli bilinərək 12 il 6 ay həbs cəzasına məhkum edilib. 

Qaziler.az bildirir ki, Rusiya xəbər agentliklərinin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sergey Kabanov adlı şəxsin Latviya vasitəsilə Alabama ştatında yerləşən və ABŞ Müdafiə Nazirliyinin nəzarəti altında olan ABŞ şirkətinə raket hissələrini qaçaqmalçılıq yolu ilə keçirdiyini bildirib.

Tver şəhərində məhkəmə tərəfindən təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək Kabanovun Rusiyanın hava hücumundan müdafiə sistemlərində və radara əsaslanan silah sistemlərində istifadə edilən hissələri qaçaqmalçılıq yolu ilə keçirdiyi bildirilib.

QAZİLER.AZ

Diaspora