Son zamanlar Çin avtomobil istehsalçıları Avropa ölkələrinə xüsusi sərmayələr qoymağa başlayıblar.
Avropalı istehsalçılar elektrik avtomobilləri ilə uğurlu transformasiyaya məruz qalan Çin markalarının sürətinə yetişməkdə çətinlik çəkirlər.
Avropa Komissiyası qitədəki avropalı avtomobil istehsalçılarını qorumaq üçün Çin elektrik avtomobil istehsalçılarına əlavə vergilər tətbiq etməyi düşünür.
Avropa Komissiyasının sədri Ursula von der Leyen Aİ parlamentindəki illik çıxışında deyib:
“Qlobal bazarlar indi daha ucuz elektrik avtomobilləri ilə doludur. Onların qiymətləri dövlətin böyük subsidiyaları hesabına süni şəkildə aşağı saxlanılır”.
QAZİLER.AZ