Almaniyanın paytaxtı Berlin ilə Ukraynanın paytaxtı Kiyev arasında qardaş şəhər müqaviləsi imzalanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki,
Berlin meriyasında keçirilən mərasimdə Berlin əyalətinin baş naziri Kay Veqner və Kiyev meri Vitali Kliçko qardaş şəhər sazişini imzalayıblar.
Veqner buradakı çıxışında qardaş şəhər müqaviləsinin Ukrayna ilə həmrəylik əlaməti olduğunu ifadə edərək, "Ukrayna və Kiyevin yanındayıq" deyib.
Ukraynanın Avropanın azadlığını Rusiyaya qarşı müdafiə etdiyini bildirən Veqner, "Dəyərlərimiz üçün mübarizə aparırlar" ifadəsini işlədib.
Azadlığın hər cür təcavüzdən daha güclü olduğunu vurğulayan Veqner: “Berlin və Kiyev azadlıq şəhərləridir. "Şəhərlərimiz demokratik Avropada dinc gələcəyi təmsil edir", - söyləyib.
Kiyev meri Kliçko da Almaniyaya Ukraynanı dəstəklədiyinə və çox sayda ukraynalı qaçqını qəbul etdiyinə görə təşəkkür edib.
"Tək olmadığımızı bilmək bizim üçün çox vacibdir" deyən Kliçko bildirib ki, Ukrayna özünü Avropa ailəsinin bir hissəsi kimi görür.
Kliçko Berlin və Kiyevin qardaş şəhər olmasından çox məmnun olduğunu ifadə edərək: "İki paytaxt arasındakı qardaşlığın simvolik mənası var. Biz birlikdə iki qat güclüyük" deyə əlavə edib.
QAZİLER.AZ