ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı sentyabrın 9-a qədər olan göstəricilərdə 220 minə yüksəlib.
Qaziler.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müavinətinin müraciətləri ilə bağlı məlumatları açıqlayıb.
Belə ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı əvvəlki həftəylə müqayisədə sentyabrın 9-na kimi 3 min nəfər artaraq 220 minə çatıb.
Növbəti həftələrdə bu rəqəmin 225 min nəfər olacağı gözlənilir.
QAZİLER.AZ