Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib

Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib backend

Rusiya ABŞ səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 14-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Məlumatda qeyd edilib ki, Smolenskaya meydanına çağırılan Amerikanın Moskvadakı diplomatik missiyasının rəhbəri Lindsi Treysi sərt demarş edib və ona ABŞ səfirliyinin birinci katibinin hərəkətləri barədə rəsmi nota təqdim edib 

Rusiya XİN-in bildirdiyinə görə, ABŞ səfirliyinin birinci katibi Ceffri Sillin və Səfirliyin ikinci katibi David Bernsteyn xarici dövlətlə “məxfi əməkdaşlıqda” ittiham olunan, Rusiyanın milli təhlükəsizliyinə zərər vurmaq üçün pul mükafatı ilə bağlı tapşırıqlar verilmiş Rusiya vətəndaşı R.Şonovla əlaqə saxlamaqla qanunsuz fəaliyyət göstəriblər.

“ABŞ səfirinə məlumat verilib ki, Ceffri Sillin və David Bernstein yeddi gün ərzində “persona non qrata” statusunda Rusiya ərazisini tərk etməlidir”, - deyə açıqlamada bildirilir.

QAZİLER.AZ

 

Diaspora