Ukraynalı pilotlara İsveçin “Gripen” qırıcılarında uçuşları sınaqdan keçirməyə icazə verilib.
Bu barədə RBC-Ukrayna İsveçin müdafiə naziri Pol Consonun açıqlamasına istinadən məlumat yayıb.
“Orientasiya təlimi başa çatıb və Müdafiə Qoşunlarından aldığım məlumata görə, təlim yaxşı keçib”, - məlumatda deyilir.
Qeyd edək ki, oriyentasiya təliminə həm təyyarələrdə, həm də simulyatorlarda sınaq uçuşları, eləcə də yerüstü heyət üçün brifinqlər daxildir.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
