Daha 11 uşaq Xerson vilayətinin işğal olunmuş ərazisindən təxliyə edilib. Ən kiçik qızın cəmi üç yaşı var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xerson vilayət hərbi administrasiyasına istinadən xəbər verir.
Azyaşlılar Xerson vilayətinin müvəqqəti işğal olunmuş sol sahilindən Ukraynanın nəzarətində olan əraziyə aparılıb. Uşaqlardan ikisi valideyn himayəsindən məhrumdur. Qalan doqquz uşağın valideynləri var. Ən kiçik qızın cəmi üç yaşı var.
Ümumilikdə bu ilin əvvəlindən Xersondan olan 112 uşaq Rusiya işğalından geri qaytarılıb.
Qeyd olunur ki, uşaqların qaytarılması ilə bağlı “Ukraynanı xilas et” təşkilatı, İnsan Hüquqları üzrə Müvəkkil Aparatı, Reinteqrasiya Nazirliyi, Uşaq Hüquqları üzrə Ukrayna Şəbəkəsi, qəyyumluq orqanları, uşaq xidmətləri çalışıb.
QAZİLER,AZ