Hindistanın Bihar əyalətinin Müzəffərpur şəhərində 30 şagirdin olduğu qayığın Baqmati çayında çevrilməsi nəticəsində 10 uşağın itkin düşdüyü bildirilir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,
“The Times of India” qəzetinin məlumatına görə, səlahiyyətlilər şagirdləri daşıyan kiçik qayığın yerli vaxtla saat 10.30-11.00 radələrində Baqmati çayında çevrildiyini açıqlayıb.
İlkin məlumata görə, qayıqda olan 30 uşaqdan 20-si xilas edilib, itkin düşən 10 şagirdin axtarış-xilasetmə işləri davam etdirilir.
Əyalət Baş Naziri Nitish Kumar da "Axtarış və xilasetmə işləri davam edir. Əyalət hökuməti hadisə nəticəsində zərər çəkmiş ailələrə lazımi yardımı göstərəcək" - deyib.
QAZİLER.AZ