Türkiyədən ilk yardımın selin baş verdiyi Liviyaya çatdığını bildirən Türkiyənin xarici işlər naziri Hakan Fidan: "Xilasedicilərimiz 6 liviyalı qardaşımızı dağıntılar altından xilas etdi" - deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransı keçirib.
Nazir Fidan Liviyada baş verən sel fəlakəti ilə əlaqədar Liviya xalqına başsağlığı verib.
Türkiyənin Liviyaya ilk humanitar yardımı göndərdiyini açıqlayan nazir Fidan, "Ehtiyac olduğu müddətcə bunu davam etdirəcəyik. Axtarış-xilasetmə personalımız dərhal işlərinə başladı" - söyləyib.
Türkiyədən gələn axtarış-xilasetmə qruplarının 6 Liviya vətəndaşını xilas etdiyini bildirən Fidan onu da bildirib ki, Türkiyədən Liviyaya əlavə humanitar yardım göndərilir. 3 hərbi yük təyyarəsi köməyə göndərilib.
QAZİLER.AZ