Böyük Britaniya İsveçin NATO-ya daxil olması üçün Türkiyənin narahatlıqlarına dair problemlərin qısa zamanda aradan qaldırılmasını vacib hesab edir.
Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli Ankarada türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüşün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, İsveçin NATO-ya daxil olması alyans üçün güc artımı olacaq və krallıq mövcud problemlərin həllində dəstək verməyə hazırdır.