ABŞ səfirliyi təkzib etdi: Gürcüstanda hərbi baza yerləşdirilməsi təklifi verməmişik

ABŞ səfirliyi təkzib etdi: Gürcüstanda hərbi baza yerləşdirilməsi təklifi verməmişik backend

ABŞ-ın Gürcüstandakı səfirliyi Birləşmiş Ştatların bu ölkədə Amerika hərbi bazasının yaradılması təklifi ilə bağlı xəbərləri təkzib edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə səfirliyin rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

“Aydın olmaq üçün, medianın son xəbərlərinə cavab olaraq bildiririk ki, Birləşmiş Ştatlar Gürcüstanda ABŞ hərbi bazasının yaradılmasını təklif etməyib”, - məlumatda qeyd olunur

Departament qeyd edir ki, Birləşmiş Ştatlar və Gürcüstan arasında münasibətlər ölkələrin birgə işinin səmərəliliyinin artırılmasına və ölkənin suverenliyinin qorunmasında Gürcüstanın dəstəklənməsinə əsaslanır. Səfirliyin sözlərinə görə, bu cür işlər Gürcüstana NATO-ya üzv olmağa hazırlaşmağa kömək edir.

Bildirilib ki, bir müddət əvvəl müxalif “Mtavari Arkhi” telekanalı Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamazdan bir neçə ay əvvəl ABŞ-ın Gürcüstanda Amerika hərbi bazası yerləşdirməyi təklif etdiyini, lakin ölkə hakimiyyətinin bundan imtina etdiyini qeyd edib.

QAZİLER.AZ

Diaspora