Liviyanın şərqindəki Nümayəndələr Palatasının (HOR) təyin etdiyi hökumətin Daxili İşlər Nazirliyi ordunun axtarış-xilasetmə əməliyyatlarını asanlaşdırmaq üçün Derna şəhərindəki insanları və jurnalistləri təxliyə etdiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hökumətin Daxili İşlər Nazirliyinin sözçüsü Tarık əl-Hərraz məsələ ilə bağlı AA müxbirinə açıqlama verib.
Harraz bildirib ki, ordu yerli və beynəlxalq xilasetmə qruplarının işini asanlaşdırmaq üçün Derna sakinlərini və jurnalistləri təxliyə edib.
Xatırladaq ki, sentyabrın 10-da Orta Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.
QAZİLER.AZ