Rusiyanın "Sputnik Moldova" agentliyinin rəhbəri Vitali Denisov sentyabrın 13-də Moldovadan deportasiya edilib. Onun ölkəyə girişi 10 il müddətinə qadağan edilib.
RBC-Ukrayna NewsMaker-ə istinadən xəbər verir ki, bu barədə Moldovanın Miqrasiya üzrə Baş Müfəttişliyi bildirib.
Miqrasiya Xidməti qeyd edib ki, "Sputnik Moldova" rəhbəri Moldova Respublikasının informasiya təhlükəsizliyinə təhlükə yaradaraq ölkənin daxili işlərinə qarışdığı üçün 10 il müddətinə ölkədən çıxarılıb.
QAZİLER.AZ