Slovakiyanın eks-baş naziri və DİN-in keçmiş rəhbəri şəhər mərkəzində dava etdi - VİDEO

Slovakiyanın eks-baş naziri və DİN-in keçmiş rəhbəri şəhər mərkəzində dava etdi - VİDEO backend

Bratislavanın mərkəzində, Hökumət Sarayının qarşısında Slovakiyanın keçmiş baş naziri İqor Matoviçlə bu ölkənin keçmiş daxili işlər naziri Robert Kaliniyak arasında dava baş verib.

Qaziler.az bildirir ki, sentyabrın 13-də  baş verən hadisənin görüntüləri Pravda.sk portalı tərəfindən nümayiş etdirilib.

Münaqişə Robert Kaliniakın “İstiqamət - Sosial Demokratiya” partiyasının keçirdiyi mətbuat konfransı zamanı baş verib. Konfrans miqrasiya məsələsinə həsr olunmuşdu.

“Adi insanlar və müstəqil şəxsiyyətlər” partiyasına rəhbərlik edən İqor Matoviç damında səsgücləndiricilər olan yolsuzluq avtomobili ilə gələrək tədbir iştirakçılarını - sosial demokratları, xüsusən də Daxili İşlər Nazirliyin keçmiş rəhbərini kəskin tənqid edərək sözünü kəsməyə başlayıb.

Kalinyak yolsuzluq avtomobilinə yaxınlaşıb və mikrofonu Matoviçdən almağa çalışıb. Müqavimət göstərən Matoviç üzündən zərbə alıbb. Sabiq baş nazir onun  sinəsinə təpik vurmaqla cavab verib.

Mübahisəyə yalnız polis son qoya bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra Matoviç oradan ayrılıb.

QAZİLER,AZ

Diaspora