“Xiaomi” ilk elektrikli avtomobilini təqdim etməyə hazırlaşır

“Xiaomi” ilk elektrikli avtomobilini təqdim etməyə hazırlaşır backend

“Xiaomi” şirkəti ilk elektrikli avtomobilini “Xiaomi 14” seriyalı smartfonlarla birlikdə təqdim etməyi planlaşdırır.

“Xiaomi” avtomobili “Modena” kod adlı tam elektrikli sedan olacaq. Əvvəllər avtomobilin 22 min ilə 29 min dollar arasında qiymət alacağı gözlənilirdisə, indi bu qiymət 40 min dollara yüksəlib.

Məlumata görə, avtomobil hər birində “Qualcomm 8295” çip ilə birlikdə üç versiyada təqdim olunacaq.

“Xiaomi”nin ilk elektrik avtomobili 800 km-ə qədər məsafəni təmin edən 101 kVt/saat tutumlu akkumulyatorla təchiz ediləcək. “Xiaomi” ilk mərhələdə ildə 150 ​​min avtomobil istehsal etməyi hədəfləyir.

“Xiaomi”nin ilk elektrikli avtomobili aerodinamik kuzov dizaynı, uzun kapot və ön şüşədəki lidar sensoru kimi detalları ilə diqqət çəkir.

QAZİLER.AZ

Diaspora