İtaliyanın Venesiya şəhəri dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir.
Qaziler.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, kanalları ilə məşhur olan, “nağıl şəhəri” adlandırılan və dünya üzrə ən çox turist qəbul edən Venesiyada gündəlik turist axınına nəzarət etmək üçün şəhərə gələn turistlərdən giriş haqqı alınacaq. Buna səbəb italyanların turist axınından narahat olmalarıdır.
Venesiya Bələdiyyəsi tərəfindən verilən yazılı açıqlamaya görə, Venesiya Bələdiyyə Şurası bələdiyyə rəhbərliyinin şəhərə gündəlik gələn turistlərdən giriş haqqının alınması ilə bağlı irəli sürdüyü qərarını səs çoxluğu ilə təsdiqləyib.
Beləliklə, gündəlik turistlərdən 5 avroluq giriş haqqının alınmasıyla bağlı verilən qərar 2024-cü ilin yaz aylarından qüvvəyə minəcək.
Lakin Venesiya Bələdiyyəsinin hüdudları daxilində qalanlar, Venesiyanın yerləşdiyi Veneto Bölgəsində yaşayanlar, 14 yaşından kiçik uşaqlar, qayğıya ehtiyacı olanlar, idman yarışlarında iştirak edənlər və səyahət edən lisey şagirdləri bu haqqı ödəməkdən azad olacaqlar.
Bildirilib ki, bu qərarın qəbul edilməsində məqsəd şəhərin həssas quruluşuna uyğun olaraq müəyyən dövrlərdə gündəlik turizmin qarşısını almaqdır.
Qeyd edək ki, su kanalları üzərində qurulan Venesiya tarixi görünüşü hər il milyonlarla turisti qəbul edir.
QAZİLER.AZ