Sentyabrın əvvəllərində İraqda girov götürülən 16 türkiyəli inşaatçı Türkiyənin Bağdaddakı səfirliyinə təhvil verilib.
Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu Türkiyənin İraqdakı səfiri və girovlardan bir neçəsi ilə telefonla danışıblar. Hazırda səfirlikdə olan inşaatçıların ən yaxın zamanda Türkiyəyə gətiriləcəyi bildirilir. Onların sağlamlığı ilə bağlı problem yoxdur.
Ən son məlumata görə, sentyabrın 30-da girovlar xüsusi reys ilə Bağdaddan Ankaraya gətiriliblər. Bu münasibətlə Ankaradakı hava limanında hökumət üzvlərinin iştirakı ilə qarşılanma mərasimi olub.
Xatırladaq ki, girovlardan ikisi bir neçə gün əvvəl azad olunmuşdu.