Fransanın Nigerdəki səfirliyi kruasansız qalıb - VİDEO

Fransanın Nigerdəki səfirliyi kruasansız qalıb - VİDEO backend

Niger polisi Fransa səfirliyinin əməkdaşları üçün nəzərdə tutulmuş kruassanların böyük partiyasını ələ keçirib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bununla bağlı “Sputnik Live” görüntülər paylaşıb.

Videoda iddia olunur ki, çatdırılma qanunsuz olub, ona görə də bütün yüklər müsadirə edilib. Müsadirə edilən un məmulatlarının yeməkxanalar arasında paylanacağı qeyd edilib.

Hadisə yerindən çəkilmiş kadrlarda təhlükəsizlik qüvvələrinin küçənin ortasına bir neçə çanta və qutu kruasan düzdüyünü görmək olar. Səs yazısına görə, onlar bişmiş məhsulları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd ediblər.

Qeyd edək ki, hazırda Niger iyulun sonunda ölkə prezidenti Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edən hərbçilərin nəzarəti altındadır.

QAZİLER.AZ

Diaspora