Beynəlxalq İqtisadi Forumun mütəxəssislərinin qənaətinə görə, cari ildə Yaponiya beynəlxalq rəqabətədavamlılıq reytinqinə görə ötənilki mövqeyini qoruyaraq yenə də altıncı yerdə qərarlaşıb.
Mütəxəssislər korporativ fəallıq, təhsil və səhiyyə xidmətləri kimi faktorları nəzərə alaraq dünyanın 140 iqtisadiyyatının reytinqini tərtib ediblər.
Sentyabrın 30-da dərc edilmiş hesabatda İsveçrə birinci yerdə qərarlaşıb. Sinqapur ikinci, ABŞ isə üçüncü pillədədir. Bütün liderlər ötənilki mövqelərində qalıblar.
Yaponiya komplektləşdirmə detallarının istehsalı ilə məşğul olan kiçik və orta milli korporasiyaların texnoloji inkişafına, həmçinin infrastrukturun tərəqqi səviyyəsinə görə yüksək qiymət alıb.
Yapon iqtisadiyyatının ümumi qiymətinin artımına mane olan faktorlar kimi böyük məbləğdə olan və artmaqda davam edən dövlət borcu, vergilərin yüksək həddi və qadınların ölkənin sosial, iqtisadi və digər fəaliyyət sahələrində kifayət qədər təmsil olunmaması göstərilir.