Sentyabrın 12-dən Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyaya girişi qadağan edilib. Söhbət həmçinin Belarus sərhədindən keçən yoldan da gedir.
Qaziler.az xəbər verir ki, bu barədə “nyus.ru”da məlumat dərc edilib.
“Avropa Komissiyasının bəyanatına və Xarici İşlər Nazirliyinin rəyinə uyğun olaraq, Dövlət Gəlirləri Xidməti bildirir ki, bu gündən, sentyabrın 12-dən etibarən Rusiya Federasiyasında qeydiyyatda olan nəqliyyat vasitələrinə malik şəxslərin Avropa İttifaqına Latviyanın Rusiya və Belarusla sərhəd-keçid məntəqələri vasitəsilə daxil olması qadağan edilib”, məlumatda qeyd edilib.
Latviya hökumətinin qadağası pozularsa, nəqliyyat vasitələri müsadirə ediləcək.
QAZİLER.AZ