Pentaqonda Ukrayna ordusunu izləyən super məxfi mərkəz var

Pentaqonda Ukrayna ordusunu izləyən  super məxfi mərkəz var backend

Qərb mətbuatında Pentaqonda Ukrayna ordusunun hərəkətlərini izləyən “super məxfi mərkəz”in olduğu irəli sürülüb.

Qaziler.az “Sputnik Türk”ə istinadla xəbər verir ki, “CBS News” televiziyası Pentaqonda Ukraynadakı vəziyyətə gündəlik nəzarət edilən xüsusi monitorinq mərkəzinin olduğunu bildirib.

Bu barədə məlumatı telekanalın müxbirləri ABŞ-nin Baş Qərargah rəisi general Mark Milli ilə görüşərkən alıblar. Milley jurnalistlərə Pentaqonun hər gün Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini izlədiyi otağı göstərib.

Məqalədə deyilir: “Pentaqonun dərinliklərində işçilərin Ukraynadakı münaqişə zonalarından toplanmış kəşfiyyat məlumatlarına nəzarət etdiyi və Millini hər gün baş verənlər barədə məlumatlandırdığı çox məxfi bir komanda mərkəzi var”.

Komanda mərkəzindəki ekranlarda yer alan xəritələrin Ukraynanın hücumunun “çətin gedişatını” göstərdiyini izah edən general Milley məlumatların bir hissəsinin Kiyevə ötürüldüyünü bildirib.

QAZİLER.AZ

Diaspora