Teslanın rəqibi “Nikola”nın yük maşınları yanmağa davam edir - FOTO

Teslanın rəqibi “Nikola”nın yük maşınları yanmağa davam edir - FOTO backend

Son illər elektromobilə maraq xeyli artdığı üçün bir çox marka öz elektrikli avtomobillərini istehsal edir. Bu markalardan biri də 2014-cü ildə qurulan Amerika istehsalçısı “Nikola”dır.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, qurulduğu gündən bəri heç bir avtomobil satmayan şirkətin bazar dəyəri 117 illik “Ford” və “Fiat Chrysler”i geridə qoyaraq 26 milyard dollara çatıb.

“Nikola”nın əsasən qısa marşrutlar üçün nəzərdə tutulmuş avtomobilləri 563 kilometr məsafə qət edir. Akkumulyatorun gücü 753 kVt/saat olan yük maşını 645 at gücü istehsal edir.

Lakin Tre BEV elektrikli yük maşınlarından birində baş verən yanğınla bağlı araşdırmadan sonra “Nikola Motor” yanğına səbəb ola biləcək qüsuru aradan qaldırmaq üçün müştərilərə təhvil verilmiş bütün avtomobilləri geri çağırıb.

Geri çağırma prosesi sürətlə davam edərkən, şirkətin Arizonadakı baş ofisində daha bir elektrikli yük maşını yanıb. Son insident Tre BEV elektrikli yük maşınlarında dördüncü yanğın hadisəsi kimi qeydə alınıb, onlardan cəmi 209 ədəd istehsal edilib. Üstəlik, hər dörd yanğın hadisəsi son dörd ayda baş verib.

2014-cü ildə sıfır emissiyalı avtomobillər istehsal etmək məqsədi ilə qurulan “Nikola” əvvəlcədən özünü İlon Maskın qurucusu olduğu “Tesla”ya rəqib kimi təqdim edib.

QAZİLER.AZ

Diaspora