“Ronald Reyqan” təyyarədaşıyan gəmisi Yaponiyadakı bazasına gəlib

“Ronald Reyqan” təyyarədaşıyan gəmisi Yaponiyadakı bazasına gəlib backend

ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Ronald Reyqan” müasir təyyarədaşıyan gəmisi oktyabrın 1-də Tokionun cənubunda yerləşən Yokosuka bazasına gəlib.



O burada ABŞ-ın qərbində yerləşən San-Diyeqo bazasına geri qayıdacaq “Corc Vaşinqton” təyyarədaşıyan gəmisini əvəz edəcək.

Bununla əlaqədar Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Yaponiya hökuməti hesab edir ki, ABŞ hərbi-dəniz qüvvələrinin iştirakı Yaponiyada təhlükəsizliyin, regionda isə sülhün və sabitliyin qorunmasına böyük töhfə verir. Yaponiya hökuməti, həmçinin qeyd edir ki, “Ronald Reyqan” təyyarədaşıyan gəmisi 2011-ci ilin martında baş vermiş zəlzələ zamanı xilasetmə tədbirlərində iştirak edib və onun ölkəyə gəlişini salamlayır”.

97 min ton su tutumuna malik olan “Ronald Reyqan” dünyanın ən böyük hərbi gəmilərindən biridir. Onun uzunluğu 333 metrdir. Malik olduğu iki atom reaktoru gəmiyə saatda 56 kilometr sürətlə hərəkət etmək imkanı yaradır. Bu hərbi gəmi göyərtəsində 90 təyyarə və helikopter daşımaq qabiliyyətinə malikdir. Gəmidə 5600 hərbi qulluqçu və heyət üzvü xidmət edir.
Diaspora