Liviyanın şərqini "vuran" sel fəlakətində sahilyanı Suse şəhərində 50 ailənin itkin düşdüyü bildirilib.
Qaziler.az bildirir ki, Liviya mətbuatında yer alan xəbərə görə, Sus şəhərinin meri Vail Berik şəhərdəki son vəziyyətlə bağlı açıqlama verib.
Susedə indiyədək 50 ailənin itkin düşdüyünü qeyd edən Berik şəhərin bir məhəlləsinin selin apardığı daşlarla tamamilə dolduğunu bildirib.
Berik xilasetmə qrupu ilə bir neçə dəfə məhəlləni gəzdiklərini, bəlkə sağ qalan ola biləcəyini, ancaq səs eşitmədiklərini bildirib.
Berik onu da əlavə edib ki, indiyə qədər heç bir təşkilatın qrupu axtarış-xilasetmə və yardım üçün Suseyə çatmayıb.
Xatırladaq ki, sentyabrın 10-da Orta Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Daşqınlar səbəbindən 3 min insanın həyatını itirdiyi bildirilir. Ölkədə 3 günlük matəm elan edilibb və Liviya Prezident Şurası seldən zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib.
QAZİLER.AZ