Avstriyanın Zalsburq şəhərindəki zooparkda kərgədan tərəfindən ağır yaralanan zoopark əməkdaşı hadisə yerində dünyasını dəyişib.
Qaziler.az bildirir ki, Salzburq polisindən verilən açıqlamada kərgədanın 33 yaşlı qadın işçiyə gündəlik qulluq və təmizlik işləri apararkən hücum etdiyi və baxıcının ağır yaralanaraq öldüyü bildirilib.
Açıqlamada qadın personala kömək etməyə gələn 34 yaşlı kişi baxıcının da kərgədan hücumuna məruz qalaraq ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.
Zooparkın direktoru Sabine Grebner mətbuata açıqlamasında dünyasını dəyişən baxıcının çox təcrübəli, hər zaman diqqətli olduğunu və heyvanlara qarşı xüsusi qayğı göstərdiyini bildirib.
QAZİLER.AZ