Liviya Milli Birlik Hökuməti (UBH) ölkənin şərqini vuran sel səbəbiylə Dernada yol və körpü şəbəkəsinin tamamilə dağıldığını və onun yenidən qurulması üçün 300 milyon dinara (təxminən 67 milyon dollar) ehtiyac olduğunu açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Liviya Milli Birlik Hökumətinin Yollar və Körpülər Departamentinin rəhbəri Hüseyn Suveydan bildirib ki, Nəqliyyat Nazirliyi dəyən ziyanı qiymətləndirmək üçün ölkənin şərqinə getmək üçün texniki qrup təyin edib.
Ölkənin şərqində şəhər və kəndləri birləşdirən bir çox yol və körpünün dağıldığına diqqət çəkən Suveydan, bu vəziyyətin təbii fəlakətdən zərər çəkmiş şəhərlərə yardımların çatdırılmasına mane olduğunu bildirib.
Seldən ən çox zərər çəkən bölgələrdən biri olan Dərnə şəhərində yol və körpü şəbəkəsinin tamamilə dağıldığını qeyd edən Suveydan onların yenidən qurulması üçün 300 milyon dinara (təxminən 67 milyon dollar) ehtiyac olduğunu bildirib.
QAZİLER.AZ