Prezident Ərdoğan sosial media hesabındakı paylaşımında "Liviyada sel fəlakəti nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Türkiyə Liviya xalqının yanındadır" deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Liviya xalqının "keçmiş olsun" deyən Ərdoğan: "Türkiyə Liviya xalqının yanındadır. AFAD-ın koordinasiyası ilə bu səhər Benqaziyə eniş üçün 3 uçuş təşkil edildi. İlk mərhələdə təyyarələrimizdə 168 personal və axtarış-xilasetmə və digər 2 axtarış qrupu yer alıb", - deyib.
"Bir xilasetmə maşını, 2 xilasetmə qayığı, 170 çadır, 600 ədyal, 400 qida və gigiyena qutusu, 20 generator, 1000 yağış paltarı, 500 çəkmə və 500 fənər sığınacaq və digər ehtiyaclar ödəyən əşyalar olacaq", -məlumatda deyilir.
QAZİLER.AZ