Dövlət Duması Ukraynadakı müharibənin mümkün bitmə tarixini açıqlayıb

Dövlət Duması Ukraynadakı müharibənin mümkün bitmə tarixini açıqlayıb backend

Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Xüsusi Hərbi Əməliyyatın (Ukraynadakı müharibə) daha iki-üç il davam edə biləcəyini bildirib.

Xüsusi hərbi əməliyyat daha iki-üç il davam edə bilər, bu proqnozu Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Empathy Manuchi” YouTube kanalına müsahibəsində verib. Parlamentari vurğulayıb ki, Rusiya ciddi rəqiblə üz-üzədir və onun gücünü qiymətləndirməmək olmaz.

"Məncə, əməliyyat  daha iki-üç il davam edə bilər. Biz ciddi müqavimətlə üzləşirik və qarşıdurmamız güclü düşmənlədir. Hazırda demək olar ki, bütün ölkələrin Ukraynanı silahla təmin etməsi faktının əhəmiyyətini azaltmaq olmaz”, - deyə o, qeyd edib.

Pyotr Tolstoy təəssüflə qeyd edib ki, xüsusi hərbi əməliyyat uzanır və etiraf edib ki, bu, əhəmiyyətli resurslar tələb edir və çox baha başa gəlir.

 

QAZİLER.AZ

 

Diaspora