AFAD seldən zərər çəkən Liviyaya 150 axtarış-xilasetmə heyəti, çadırlar və lazımi materialların göndəriləcəyini açıqlayıb.
Yunanıstanda fəlakətə səbəb olan "Daniel" qasırğası Liviyaya da dağıntılar gətirib.
Ölkənin şərqinə təsir edən təbii fəlakətdə 2 mindən çox insanın öldüyü, 7 minə yaxın insanın itkin düşdüyü açıqlanıb.
Paytaxt Tripolidə növbədənkənar Nazirlər Şurası keçirilib. Ölkədə üç günlük matəm elan edilib, bayraqlar yarıya qədər endirilib.
AFAD-ın sosial media hesabından verilən açıqlamada Liviyanın Beyda, Şehhat, Derna, Benqazi, Əl Mərc və Sousse şəhərlərində yağan yağışlar nəticəsində bu gün sel və daşqınların yaşandığı bildirilib.
Açıqlamada, AFAD-ın Liviya hökumətinin beynəlxalq yardım çağırışı ilə 150 yerüstü və sualtı axtarış-xilasetmə personalı, çadır və çadır materialları, 2 xilasetmə maşını, 4 qayıq və generator göndərməyi planlaşdırdığı bildirilib: "Seldən zərər çəkən dost və qardaş Liviya xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik", - məlumatda deyilir.
Mənbə:TRTHaber
QAZİLER.AZ