Liviyanın şərqindəki Derna şəhərində daşqınlar nəticəsində 5 mindən çox insan itkin düşüb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 11-də Liviya Milli Ordusunun (LNA) rəsmi nümayəndəsi Əhməd əl-Mismari məlumat verib.
“5 mindən 6 minə qədər insan itkin düşüb”, o, RİA Novosti-yə bildirib.
Hazırda Al Hadath telekanalının məlumatına görə, qurbanların sayı azı 35 nəfərdir. Eyni zamanda Liviya parlamentinin təyin etdiyi hökumətin başçısı Usama Hamad Dernada daşqınlar nəticəsində ölənlərin sayının 2 min nəfəri keçə biləcəyini bildirib.
Həmad bildirib ki, Liviyada üç günlük matəm elan edilib.
Qeyd edək ki, Liviyanın şərqində, Orta Aralıq dənizində təsirli olan "Daniel" qasırğasının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 2 mini keçib.
QAZİLER.AZ