NATO Rusiyanın Rumıniya ərazisinə hücum etməyi planlaşdırdığına dair heç bir işarənin olmadığını bildirib.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, NATO baş katibinin müavini Mirça Coan deyib.
Onun sözlərinə görə, Pluar ərazisində ikinci rus pilotsuz təyyarəsinin qalıqları aşkar edildikdən sonra Rusiyanın NATO üzvünə hücum etmək niyyətində olduğuna dair heç bir sübut yoxdur.
"Mən Rumıniya ictimaiyyətini və qonşu ərazilərin ictimaiyyətini əmin etmək istəyirəm ki, narahatlığa əsas yoxdur", - deyə Joan bildirib.
O, həmçinin əhalini, xüsusən də Ukrayna ilə həmsərhəd rayonların sakinlərini “sakitliyə və inamlı olmağa” çağırıb.
QAZİLER.AZ