Rusiyadan imtina edən "Vaqner"çilər Belarusdakı muzdlulara qoşulacaq

Rusiyadan imtina edən "Vaqner"çilər Belarusdakı muzdlulara qoşulacaq backend

Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqdan və Ukraynaya qarşı döyüşməkdən imtina edən “Vaqner”çilər Belarusdakı “GardService” özəl hərbi şirkətin bir hissəsi olacaq.

Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.

“Belarusda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq və Ukraynada müharibəyə getmək istəməyən bütün “Vaqner”çilərə Lukaşenkonun “GardService” özəl hərbi şirkətinə şirkətinə qoşulmaq təklif edilib”, – Milli Müqavimət Mərkəzi bildirib.

Qeyd olunub ki, “GardService” muzdluları Minsk vilayətinin Marina Qorka şəhərində keçmiş “Dinamo” xüsusi təlim mərkəzinin bazasında daim məşq edirlər.

QAZİLER.AZ

Diaspora