BMW öz avtomobillərində oturacaqların isitmə funksiyasını abunə haqqı ilə təklif etməyə başlamışdı. Lakin şirkət gələn reaksiyalara görə geri addım atmalı olub.
BMW müştəriləri bəzi ölkələrdə istehsalçının aylıq 18 dollara təklif etdiyi oturacaqların isidilməsi abunəliyinə reaksiya veriblər.
BMW-nin İdarə Heyətinin üzvü Pieter Nota “Autocar”a açıqlamasında təklif edilən xidmətin istifadəçilər arasında birmənalı qarşılanmadığını bildirib.
Və beləliklə, alman markası abunə haqqı ilə bağlı təklif olunan variantı siyahısından çıxarıb.
Buna baxmayaraq, BMW abunə əsaslı xidmətlər konsepsiyasından imtina etməyi planlaşdırmır.
QAZİLER.AZ