ABŞ və Rusiya Suriya ilə bağlı müzakirələri davam etdirəcəklər. APA-nın verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra bəyan edib.
Onun sözlərinə görə, son danışıqlarda Suriyada münaqişənin nizamlanması məsələsi üzrə bir neçə varianta toxunulub. “Biz bir neçə variant üzrə müzakirələrimiz davam etdirəcəyik. Mən prezident Obama və komandamızı müvafiq təkliflərlə tanış etməliyəm. Düşünürəm ki, Sergey Lavrovda həmin məsələləri prezident Putinlə müzakirə edəcək və yaxın müddət ərzində müzakirələri davam etdiriləcək”.
Qeyd edək ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Kerri ilə Lavrov arasında bir neçə görüş keçirilib.