Türkiyədə erməni dilində olan yazılar ləğv edilir

Türkiyədə erməni dilində olan yazılar ləğv edilir backend

“Ermənilər tarix boyu türklərin düşməni olublar”. Türkiyənin İğdır vilayətinin giriş və çıxışında erməni dilində yazılmış “Xoş gəlmisiniz” və “Yaxşı yol” yazılarının ləğv edilməsi üçün yerli sakinlərin imzaları toplanılır.

QAZILER.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, vilayətdə yaşayan azərbaycanlıların assosiasiyasının rəhbəri Sərdar Ünsal bildirib ki, bu yazılar azərbaycanlıları narahat edir.

“Ermənilər tarix boyu türklərin düşməni olublar. Onlar Azərbaycanın ərazilərini işğal ediblər, Xocalıda qətliam törədiblər”, - Sərdar Ünsal deyib.

Qeyd edək ki, aksiyanı qeyr-hökümət təşkilatları, siyasi partiyaların nümayəndələri və yerli sakinlər dəstəkləyiblər.
Diaspora