Kreml KİV-lərin məlumatını təkzib etdi

Kreml KİV-lərin məlumatını təkzib etdi backend

Rusiyanın ABŞ-dan Suriya hava məkanını boşaltmağı tələb etməsi barədə yayılan məlumatlar yanlışdır.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.

“Bu çox yersiz ifadədir. Əlbəttə ki, söhbət tələbdən getmir. Biz ABŞ da daxil olmaqla İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya ölkələri ilə məlumat mübadiləsi həyata keçiririk ”, deyə V.Peskov bildirib.

Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest, öz növbəsində bildirib ki, rəsmi Vaşinqton Suriyada aparılan əməliyyatla əlaqədar Rusiyadan heç bir müraciət almayıb.

Qeyd edək ki, sentyabrın 30-da bir sıra KİV-lər Rusiyanın rəsmi Vaşinqtondan ABŞ təyyarələrinin Suriya hava məkanından çıxmasını tələb etməsi barəsində məlumat yaymışdılar.
Diaspora