Rusiyaya məxsus hərbi təyyarələr İŞİD terror qruplaşmasının Suriydakı mövqelərinə hava zərbələri endirib.
APA-nın verdiyi məlumata görə, 20 uçuş nəticəsində 8 obyektə nöqtə zərbəsi endirilib.
Rusiya müdafiə nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, sentyabrın 30-da Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib