Avropada qazın qiyməti 10 faizdən çox artıb

Avropada qazın qiyməti 10 faizdən çox artıb backend

Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarından olan Avstraliyada bəzi obyektlərin işçilərinin tətili səbəbindən Avropada təbii qaz qiymətləri 10 faizdən çox bahalaşıb.

QAZİLER.AZ  AZƏRTAC -a istinadən xəbər verir ki, TTF-də (Niderlandın “Title Transfer Facility”i - Avropanın ən likvid virtual satış mərkəzi) oktyabr fyuçers qaz müqaviləsinin qiyməti dünən 32,75 avro olub. Qazın qiyməti bu gün 10,5 faiz artaraq 36,2 avrodan bazara çıxarılıb.

ABŞ-ın “Chevron” kompaniyasının Avstraliyadakı LNG qurğuları qlobal LNG təchizatının təxminən 5 faizini təmin edir. Avstraliya keçən il 80,9 milyon ton LNG ixracatı ilə dünyanın ən böyük ixracatçısı olduğu halda, qlobal LNG ticarətində 20,1 faiz paya sahib idi.

Avstraliyanın Avropaya birbaşa LNG tədarükü məhdud olsa da, Rusiya-Ukrayna müharibəsindən sonra qitəyə Rusiya qazının tədarükünün kəskin şəkildə azalması Avropanın LNG-dən asılılığını artırdı. Ona görə də qlobal LNG bazarlarında tədarüklə bağlı narahatlıqlar Avropada qaz qiymətlərinə təsir edir və mövcud risklər qiymət dəyişikliyinə səbəb olur.

 

 

Diaspora