Hazırkı Amerika lideri Co Bayden iki cümlə belə ardıcıl tələffüz edə bilmir və nə etdiyini başa düşmədiyi üçün ölkə üçün təhlükə yaradır.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.
“O, ölkə tarixində ən pis və ən korrupsioner prezidentdir. Və digər dövlətlərin liderlərinin dediyi kimi, mənim dediyim kimi, tamamilə səriştəsizdir. O, çox təhlükəlidir, çünki nə etdiyini bilmir. O, hətta iki cümləni birləşdirib danışa bilmir. Biz başqaları ilə nüvə silahı ilə oynayırıq və o, nə baş verdiyindən tamamilə xəbərsizdir”, - respublikaçı vurğulayıb.
Avqust ayında Tramp etiraf etmişdi ki, Bayden fiziki vəziyyətinin pisləşməsi səbəbindən qarşıdan gələn prezident seçkilərində iştirak edə bilməyəcək.