BMT-nin baş katibi havanın çirklənməsini “qlobal fövqəladə hal” adlandırıb

BMT-nin baş katibi havanın çirklənməsini “qlobal fövqəladə hal” adlandırıb backend

Qlobal problemlər qlobal həllər tələb edir. Biz təmiz hava üçün birlikdə hərəkət etməliyik.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O, beynəlxalq ictimaiyyəti təmiz hava üçün birlikdə hərəkət etməyə çağırıb.

Quterreş bəşəriyyətin 99 faizinin his, kükürd və digər zəhərli kimyəvi maddələrlə zəngin hava ilə nəfəs aldığını deyib, buna ən çox aşağı və orta gəlirli ölkələrin məruz qaldığına diqqət çəkib.

Onun sözlərinə görə, hər il 7 milyon insan bunun nəticəsində vaxtından əvvəl ölür. Həmçinin bildirib ki, havanın çirklənməsi qlobal istiləşmə ilə sıx bağlıdır.

 

 

 

 

Diaspora