Ərdoğan Yaponiyanın baş nazirini qəbul edib

Ərdoğan Yaponiyanın baş nazirini qəbul edib backend

Prezident Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvəsində iştirak etmək üçün getdiyi Hindistanın paytaxtı Yeni Dehlidə Yaponiyanın Baş naziri Kişida Fumionu qəbul edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Baş nazir Fumio prezident Ərdoğanın qaldığı otelin girişində xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.

Mətbuata qapalı keçirilən qəbulda Fidanla yanaşı, xəzinə və maliyyə naziri Mehmet Şimşək, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin baş məsləhətçiləri səfir Akif Çağatay Kılıç və Zəfər Çubukçu da iştirak edib. 

QAZİLER.AZ

Diaspora