Rusiyada həkimlərə “Apple” vasitələrindən istifadə qadağan edildi

Rusiyada həkimlərə “Apple” vasitələrindən istifadə qadağan edildi backend

Moskva və Sankt-Peterburqdakı xəstəxana işçilərinə “Apple” avadanlıqlarından istifadə qadağan edilib

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat “Baz”a teleqram kanalında dərc edilib.

Həkimlərə yerli və ya Çinin texniki avadanlıqlarına keçmək təklif olunub. Məhdudiyyətlər yalnız Moskva və Sankt-Peterburqdakı bəzi xəstəxanalara şamil edilib.

Kanal aydınlaşdırıb ki, işçilər yeni telefonları öz hesablarına almalıdırlar. Eyni zamanda, bir sıra xəstəxanalarda bu qadağa ilə yanaşı, əməliyyat zamanı GPS və “Bluetooth“u yandırmamaq da tövsiyə edilir.

Məlumatda əvvəllər Müdafiə və Elm Nazirliyinin əməkdaşlarına “Apple” texnologiyasından istifadə etmək qadağan edilmişdi.

Bundan başqa, Amerika korporasiyasının mobil cihazlarından Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən də istifadəsi qadağan edilib. “iPhone” şəxsi məqsədlər üçün istifadə edilə bilər. İş proqramlarına giriş və yazışmalar isə digər cihazlardan həyata keçirilməlidir.

QAZİLER.AZ

Diaspora