Rusiya Sənaye və Ticarət Nazirliyi “Volvo”nun Rusiyadakı bütün aktivlərinin rusiyalı investora satıldığını açıqlayıb.
Qaziler.az bildirir ki, Rusiya Sənaye və Ticarət Nazirliyinin verdiyi açıqlamada, ölkədəki fəaliyyətini dayandıran “Volvo”nun aktivləri ilə bağlı məlumatlar yer alıb Bildirilib ki, “Volvo”nun Rusiyadakı bütün aktivləri rusiyalı investora verilib:
“Rusiya Sənaye və Ticarət Nazirliyi aktivlərin yeni sahibi ilə birlikdə şirkətin müəssisəsində istehsalın gələcək inkişafı üçün yerli tərəfdaş da müəyyən edib. Kaluqadakı obyekt və istehsalın yenidən başlaması üçün səylər davam edir”, bildirilib.
Ukrayna müharibəsindən əvvəl Kaluqada ildə 15 min yük maşını istehsal gücünə malik fabrik işlədən “Volvo” müharibədən sonra orada istehsalını dayandırmağa qərar verib. Bundan vəəvl Rusiyada “Mercedes”, “Renault”, “Nissan” və “Volkswagen” kimi şirkətlər fəaliyyətini dayandırıb.
QAZİLER.AZ