Hesabata görə 25 böyük avtomobil markası şəxsi məlumatları dərindən toplayır və paylaşır. Üstəlik, bu məlumatlar arasına cinsi fəaliyyətləriniz də daxildir.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, “Nissan”, “Volkswagen” və İlon Maskın “Teslas”ı da daxil olmaqla dünyanın aparıcı brendlərinin “ağıllı” avtomobilləri sensorlar, mikrofon, kamera, proqram və s. vasitəsilə məlumatları toplayır.
Hesabatda iddia edilir ki, toplandıqdan sonra avtomobil istehsalçıları məlumatları texnologiya firmaları, hökumətlər, avtomobil dilerləri, məlumat brokerləri və hətta digər sürücülərlə paylaşırlar.
Sağlamlıq və cinsi məlumatlara əlavə olaraq, məlumatlara sürücülük vərdişləri, zəka, üz ifadələri, immiqrasiya statusu, irq və hətta genetik xüsusiyyətlər də daxil ola bilər.
Yeni araşdırma Mozilla Fondunun “*Privacy Not Included'” (*PNI) adlı ekspertlər qrupu tərəfindən aparılıb.
Onların təhlilinə görə, ən çox məlumat toplayan Yaponiya avtomobil istehsalçısı “Nissan” zirvədədir. Nissan avtomobilləri “MyNissan” proqramında işləyir, bu proqram sahiblərinə avtomobillərini uzaqdan işə salmaq, dayandırmaq, kilidləmək və kilidini açmaq, həmçinin siqnal çalmaq, işıqları yandırmaq və s. imkanı verir.
Cənubi Koreya istehsalçısı “Kia”nın məxfilik siyasətində bildirilir ki, o, sizin "cinsi həyatınız və ya cinsi oriyentasiya məlumatınız" haqqında məlumat toplaya bilər.
Tesla məxfilik sənədlərində şəxsi məlumatlarınızı üçüncü tərəflərə satmadığını və ya icarəyə vermədiyini çox açıq şəkildə bildirir, lakin Mozilla'ya görə, Elon Muskın milyard dollarlıq firmasına etibar etmək olduqca çətindir.
Digər günahkar Alman istehsalçısı “Volkswagen”dir. “Volkswagen” hədəf marketinq məqsədləri üçün şəxsi məlumatları (yaş və cins kimi) və sürücülük davranışını (təhlükəsizlik kəməri və əyləc vərdişləri kimi) toplayır.
Şirkət bu məlumatları avtomobilin özündən “myVW” proqramından, “We Connect” adlı ağıllı onlayn xidmətlər ekosistemindən, “VW” dilerindən və ya bütün bunların birləşməsindən toplayır.
Yüksək səviyyəli dizaynları ilə tanınan “Mercedes-Benz” də potensial olaraq reklam məqsədləri üçün şəxsi məlumatları satır.
ABŞ nəhəngi “Ford” "paylaşa biləcəyi, hətta sata biləcəyi, seçimlərinizi və digər xüsusiyyətlərinizi daha da proqnozlaşdırmaq üçün avtomobilin səs tanıma sistemindən istifadə edir.
“Renault” günahsızdır
Komandanın ən az narahat olduğu brend fransız istehsalçısı “Renault”dur. Tədqiqatçılar şirkətin avtomobillərində saxlanılan şəxsi məlumatları şifrələyib-şifrələmədiyini təsdiq edə bilməyiblər.
QAZİLER.AZ