Hindistanın Günəşə göndərdiyi peyk Yerin şəklini çəkib - FOTO

Hindistanın Günəşə göndərdiyi peyk Yerin şəklini çəkib - FOTO backend

Ayın Cənub qütbünə enən ilk ölkə olan Hindistan bu yaxınlarda Günəşə peyk göndərib. Aditya peyki Günəşin ən üst təbəqəsini və günəş küləklərini müşahidə etməyə xidmət edəcək.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan Kosmik Agentliyi (ISRO) ölkənin Günəş müşahidə missiyasının Günəşə doğru hərəkət edərkən göndərdiyi ilk görüntüləri paylaşıb.

Şəkillərdən birində Yer və Ay tək kadrda göstərilir; Yer böyük görünsə də, Ay uzaqdan kiçik bir zərrə kimi görünür.

Günəş missiyası üçün yola çıxan Aditya-L1 adlı kosmik gəminin səyahəti təxminən 4 ay davam edəcək.

Səyahət Yerdən 1,5 milyon kilometr aralıda yerləşən LEGRANJ-da başa çatacaq.

Kosmik gəminin burada 5 ildən çox qalması planlaşdırılır. Missiyanın məqsədi Günəşdəki hərəkətləri izləmək və onların kosmosdakı təsirlərini öyrənmək üçün rəsədxana yaratmaqdır.

QAZİLER.AZ

Diaspora