“Apple” iki gündə Çinə görə 200 milyard dollar itirdi

“Apple” iki gündə Çinə görə  200 milyard dollar itirdi backend

Pekinin xarici texnologiyadan asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq planları son vaxtlar sərtləşdirilib. Çin hüdudlarından kənarda həssas məlumat axınını məhdudlaşdırmaq üçün kampaniya aparan Çin hökuməti “iPhone”ları qadağan edib. Bu hal ABŞ-ın texnologiya nəhəngi “Apple”ın dəyər itirməsinə səbəb olub.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Çinin dövlət qurumlarında “iPhone”ların istifadəsinə qadağa qoyulmasından sonra “Apple” iki gündə 200 milyard dollar itirib.

Bundan başqa, “Apple”ın səhmlərinin dəyəri son iki gündə 6 faizdən çox ucuzlaşıb.

ABŞ və Çin arasındakı gərginliyə baxmayaraq, “Apple” Çində 22 faizlə smartfon satışında ən böyük paya sahibdir.

Çində smartfonlarının əhəmiyyətli bir hissəsini subpodratçılar vasitəsilə istehsal edən şirkət gəlirinin 19 faizini də Çin bazarından təmin edir.

“Bank of America” hesab edir ki, Çin “Apple”ın illik “iPhone” satışlarının 50 milyonunu təşkil edir və belə bir qadağa “Apple”a ildə 5-10 milyona başa gələ bilər.

Çin hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, “Apple” məsələ ilə bağlı şərh verməkdən imtina edib.

QAZİLER.AZ

Diaspora