Bu həftə temperaturun 33 dərəcəyə çatacağını proqnozlaşdıraraq "qırmızı" həyəcan siqnalı verən İngiltərə Meteorologiya İdarəsi (Met Office) ilin ən isti temperatur rekordunun bu həftə qırılacağını təxmin edir.
Qaziler.az xəbər verir ki, idarədən verilən açıqlamaya görə, ölkənin cənubunda və Londonda sentyabrın 7-dən 9-a kimi havanın temperaturunun 32-33 dərəcəyə yüksələcəyi gözlənilir.
Sonuncu dəfə iyun ayında 32 dərəcə olan temperaturun yenidən yaşanacağını təxmin edən “Met Office” "qırmızı həyəcan" xəbərdarlığı edib.
Həftə sonu İngiltərə və Uelsdə temperaturun yüksək olacağını açıqlayan idarə iyunun 10-da müşahidə edilən temperatur rekordunun bu həftə yaşana biləcəyinə diqqət çəkib.
QAZİLER.AZ